Aktrisanın yeni cangüdəni söz-söhbətə səbəb oldu - fotolar

Aktrisanın yeni cangüdəni söz-söhbətə səbəb oldu - fotolar
2855 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddətdir ki, aktrisa Cennifer Lourens və rejissor Qeyba Polskinin münasibət qurduğu haqqında xəbərlər yayılıb.

Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına göə, aktrisanın yaxın ətrafı bu xəbəri təkzib edib. Onlar Cenniferlə Qeybanın yaxın dost olduğunu qeyd ediblər. Sadəcə, rejissor aktrisanın yaxın rəfiqəsiylə sevgilidir.

Daha bir xəbər isə, Lourensin yeni işçisi ilə bağlıdır. Castin Riblet adlı yeni mühafizəçi aktrisanın yanında göründükdən sonra qızların diqqətini cəlb edib. Onlar sosial şəbəkədə "Cenniferin yerinə olsaydım, onunla sevgili olardım" tipli şərhlər yazaraq aktrisaya paxıllıq etdiklərini qeyd ediblər.

Los-Ancelesdə paparatsilər tərəfindən görüntülənən yeni cangüdən və aktrisanı çoxları sevgili zənn edib.

Hətta bu görüntünü Uitney Hyuston və Kevin Kostnerin baş rollarda çəkildiyi "Cangüdən" filmindəki sevgi romanına bənzədənlər də var.

Məlumata görə, Riblet əvvəllər ABŞ ordusunda xidmət edib.