"Bu tarz benim"lə bağlı sürpriz qərar

"Bu tarz benim"lə bağlı sürpriz qərar
6446 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, TV8-in rəhbəri Acun İlicalı "Bu tarz benim" dəb verilişini öz kanalına transfer etmişdi.

Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu verilişlə bağlı qalmaqal bitmir. "Production House"un hazırladığı yarışma proqramının eyni ad və formatla "Show TV"də də davam edəcəyi məlum olub.

Beləliklə, bu sürpriz qərarla yarışma hər iki kanalda yayımlanacaq. Acunun telekanalında münsiflər heyəti dəyişməsə də, "Show TV"dəki eyni adlı proqramda yeni münsiflər oturacaq.

Adı açıqlanan münsiflərdən biri aktrisa Pınar Altuğdur. Kanal rəhbərliyi digər adların da sürpriz olacağını bildirib.