Keti Peri kosmetik markanın yeni reklamında - video+fotolar
Klip
02:28 / 18.12.14
1546dəfə oxunub
A-
A
A+
Müğənni Keti Peri məşhur kosmetik brend “Covergirl”un reklam çarxına çəkilib.
Axşam.az-ın məlumatına görə, o, kirpiklər üçün yeni “Full Lash Bloom” tuşunu təqdim edib. İfaçı 2013-cü il payızdan etibarən markanın simasıdır.
Promo-videonun süjeti üzrə, qəhrəman Keti Peri nəhəng cəhrayı güllər bitən nağıl ölkəsində peyda olur. Müğənninin obrazında da çəhrayının çalarlarına üstünlük verilib: çəhrayı don, parıldayan çəhrayı ayaqqabılar və çəhrayı manikürlə makiyaj.