Putinin pələngi iti belə parçaladı - video

Putinin pələngi iti belə parçaladı - video
2100 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putinin təbiətə buraxdığı və Rusiyadan Çinə keçdiyi təyin olunan Kuzya adlı pələngi bu yaxınlarda vətəninə geri dönüb.

Axşam.az-ın “Sabah”a istinadən məlumatına görə, Kuzyanın Çində olarkən gecə yarısı bir iti parçalayaraq yediyi görüntülərin yer aldığı videosu yayılıb. Həmin anlar dəqiqəbədəqiqə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Pələng iti yeyərkən ətrafı ciddi şəkildə müşahidə etməyi də unutmur.

Qeyd edək ki, Putin tərəfindən iki il əvvəl aclıqdan ölərkən xilas edilən Kuzyanın itdən əlavə, kənddə yoxa çıxmış keçiləri də yediyi iddia olunur.