Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
1314 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda və Abşeron yarımadasında noyabrın 29-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gecə və axşam çiskinli az yağıntı olacağı gözlənilir. Gündüz mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 3-5, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Noyabrın 29-da havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.