“Uşaq haqqında hələ düşünmürük”

“Uşaq haqqında hələ düşünmürük”
1766 dəfə oxunub
  • A-
  • A
  • A+

Böyük britaniyalı avtoyarışçı Luis Hemilton uzun müddətdir bərabər olduğu amerikalı müğənni Nikol Şerzinqerlə münasibətləri haqda açıqlama verib.

Axşam.az-ın “The Mirror”a istinadən məlumatına görə, sevgililər hələ dünyaya uşaq gətirmək barədə düşünmürlər:

“Nikol Los-Ancelesdə, mən isə Monakoda yaşayıram. Hazırda o, Londonda musiqili tamaşanın çəkilişlərində iştirak edir. Hələ iki ay da orada qalacaq. Mən də məşqə yollanacam. Bu o deməkdir ki, biz ilin sonuna kimi yenə ayrı  olacağıq. İkimiz də məşğuluq, karyeraya üstünlük veririk. Ona görə də, uşaq haqqında hələ düşünmürük”.

Xatırladaq ki, cütlük 2007-ci ildə tanış olaraq sevgi münasibətinə başlayıb.