“Qızıma heç vaxt qadağa qoymuram”

“Qızıma heç vaxt qadağa qoymuram”
3562 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyevaya heç vaxt qadağa qoymadığını deyib.

Axşam.az-ın məlumatına görə, müğənni övladını necə tərbiyə etməsindən danışıb:

“Qızıma heç vaxt nəyisə qadağan etmirəm. Ümumiyyətlə, ona qadağa qoymuram. Uşaqlıqdan nəyin yaxşı, nəyin pis olduğunu öyrətmişəm. Qadağa uşağa ziyandır. Onu nədən qoruyursansa, ona maraq göstərəcək. Çünki Aynişanı əvvəlcədən elə tərbiyə etmişəm ki, lazımsız heç bir addım atmır. Eyni zamanda da, bacımın uşaqlarına qadağa qoymuram. Onlar da mənim övladlarım kimidir”.