“Oğluma özüm kimi müğənni qız alaram”

“Oğluma özüm kimi müğənni qız alaram”
3353 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xatirə İslam “Səs verməyin” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi aparıcının “Oğluna müğənni qız alarsan” sualına belə cavab verib:

“Əlbəttə... Özü də oğluma özüm kimi müğənni qız alaram. Oxuyandan oxuyana fərq var. Hamı eyni deyil. Bu sənətdə də yaxşı adamlar az deyil. Düzdür, pis insan da var. Heç vaxt kiminsə tərbiyəsini peşə ilə əlaqələndirmək olmaz. Bu sənətdə o qədər yaxşı ailə başçıları var ki...”.

Qeyd edək ki, xanəndə Elnarə Abdullayeva verilişlərin birində açıqlamasında oğluna heç vaxt müğənni qız almayacağını demişdi. X.İslam isə muğam ifaçısının bu sözlərinə əsəbləşmişdi. Nəticədə, iki məşhur arasında qalmaqal yaşanmışdı.