Obama iki hind toyuğunu əfv etdi - video

Obama iki hind toyuğunu əfv etdi - video
1281 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerika Birləşmiş Ştatlarında ölkə əhalisinin sevimli bayramlardan biri - Şükran Günü qeyd olunur.

Axşam.az-ın ANS TV-ə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama Şükran günündə kəsilməsi nəzərdə tutulan iki hind toyuğunu əfv edib. Quşlar əfv ediləndən sonra onları Virciniya ştatının Lizburq şəhərinə aparıblar. Burada turistlər həmin quşlara tamaşa edəcəklər.

Daha sonra Obama ailəsilə birgə bayramla əlaqədar Vaşinqtonun kasıb sakinlərinə ərzaq paylayıb.

Birləşmiş Ştatlarda qəbul edilmiş ənənəyə görə hər il noyabr ayının sonuncu cümə axşamı Şükranlıq Günü edilir.

Bu ailəvi gündə hind toyuğu əti yemək qəbul olunub. Hər il bayramdan əvvəl Ağ Evdə ABŞ prezidentinə bu quşun təqdim edilməsi mərasimi keçirilir. Milli Hind Toyuğu Federasiyasının təşkil etdiyi mərasimdə prezident Amerika xalqını Şükranlıq Günü münasibətilə təbrik edir və quşun rəmzi mənada əfv edilməsi barədə qərar çıxarır.