Nüşabə Ələsgərlinin pəhrizi

Nüşabə Ələsgərlinin pəhrizi
2779 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Nüşabə Ələsgərli arıqlama sirrini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, “Gündəlik” verilişinə qonaq olan müğənni dietoloqunun onun üçün məsləhət gördüyü pəhrizi tamaşaçılarla bölüşüb:

“Son vaxtlar çox arıqlamışam. Efirdə kök görünürəm. Əvvəl dərmanlar atırdım, arıqlamağa çalışırdım. Amma heç bir xeyri olmadı. Dietoloqum məsləhət gördü, yeməyimi azaltdım. İki ildir ki, yeməyimlə suyumu ayırmışam. Əgər ürəyim yanırsa, çay, su içirəm. Amma yeməyi yarım saatdan sonra yeyirəm. Yeməkdən sonra şirələrdən, sulardan uzaq olun. Tikənizi yaxşı çeynəyin. Bizdə adətdir, yeməkdən sonra qaynar çay içirlər. Bu düzgün deyil, iki saat gözləyin. Bu cür əla arıqlamaq mümkündür”.

N.Ələsgərli estetik əməliyyat etdirdiyini də deyib:

“Estetik əməliyyat etdirmək gözəldir. Əgər tələbat varsa, olunmalıdır. Gözümün ətrafını üç dəfə plastik əməliyyat etdirmişəm, artıq dərini götürtmüşəm. Amma bədənimə heç bir müdaxilə olunmayıb”.