Elnur Avropa turnesinə hazırlaşır

Elnur Avropa turnesinə hazırlaşır
873 dəfə oxunub
  • A-
  • A
  • A+

Kipr səfərindən qayıdan müğənni Elnur Məmmədov qardaş ölkədən əliboş gəlməyib.

Axşam.az-ın məlumatına görə, “Onlar” verilişinə açıqlama verən sənətçi ailəsi ilə birlikdə istirahətə getdiyi Kiprdə bəstəkarlarla görüşüb, mahnı aldığını deyib:

“Mümkün deyil ki, tək istirahət edim. Orada tanışlar var idi, zəng etdilər. Mənə iki mahnı verdilər. Müəllifi Cemre Sezenardır. Biri lirik, digəri ispansayağıdır. 2015-ci ilin ilk ayı Tibilisiyə gedib gözəl klip çəkdirəcəm. Artıq Amerikada çəkilən klipimin montajı bitib, onu təqdim edəcəm. Novruz bayramında sevdiyim insanlarla, sənət aləminin qaymaq simaları ilə Avropa turnesinə çıxacam. Oradan isə Amerikaya gedəcəyik”.