Afaq özündən çıxdı: “Biabırçılıq oldu” - video

Afaq özündən çıxdı: “Biabırçılıq oldu” -  video
8638 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-də yayımlanan “Kimdir nömrə 1?”də ötən gün iştirakçıların sirri ortaya çıxıb.

Axşam.az-ın məlumatına görə, müğənni Elçin Hüseynov və Mirkamil Kamilov duelə çıxıb. Yarışmaya qatılan iştirakçıların əksəriyyəti öhdəliklərinə düşən 50 səsi Mirkamilə veriblər. Sonda isə onların bunun üçün qabaqcadan sözləşdikləri bəlli olub.

Belə ki, E.Hüseynov duelə çıxması ilə bağlı bunları etiraf edib:

“Mirkamil səbirsizlik etdi. Əvvəldən demişdik ki, Mirkamilin adı yazılacaq, duelə çıxacaq. Məqsəd o idi ki, mən oyundan gedim, Mirkamil qalsın. Qalib olsam da, olmasam da, bu cür edəcəkdim. Həmişə gənclərə imkanım çatan qədər köməklik etmişəm, ömrümün sonuna qədər də edəcəm. Allah dəstək olsun, bu yolumu həmişə davam etdirəcəm. Mirkamil əsəbidir. O bilirdi ki, mən qalib olacam, yerimi ona verəcəm və gedəcəm”.

Yarışmada ekspert kimi çıxış edən Afaq Gəncəli bu açıqlamaya əsəbləşib:

“Qruplaşmanın, əvvəlcədən danışmağın, sazişin nəticəsi bu cürdür. Biabırçılıq oldu. Qarşında nə müğənni, nə də musiqiçiləri var. Çaşıb qalmışam”.

Səsvermə zamanı gələn həftə duelə çıxacaq iştirakçı da bəlli olub. Belə ki, İlahə İbadova ən çox adı çəkilən ifaçı olub və həmkarı Emil Bədəlovu duelə çağırıb.

Qeyd edək ki, “Kimdir nömrə 1?” hər həftənin çərşənbə axşamı saat 22:30-da yayımlanır.

Aparıcılığını Cavid Gülün etdiyi müsabiqənin iştirakçıları arasında müğənnilər Gülay Zeynalova, Yaşar Cəlilov, Çingiz Mustafayev, Yaşar Yusub, Rəvan Qarayev, Aysel Əlizadə, Elvin Abdullayev, Lalə-Nurkan cütlüyü, Nurlan Təhməzli və başqaları yer alıb.