Kira Naytli hamilədir - fotolar

Kira Naytli hamilədir - fotolar
1721 dəfə oxunub
  • A-
  • A
  • A+

"Karib dənizi quldurları"nın ulduzu aktrisa Kira Naytlinin hamilə olması xəbəri yayılıb.

Axşam.az-ın məlumatına görə, bu barədə xəbərlər artıq bir neçə həftədir ki, mediada dolaşır. Müxtəlif məkanlarda paparatsilərin obyektivinə tuş gələn aktrisanın hamiləliyi gizlətmək üçün daha sərbəst geyimlər seçməsi də diqqətdən yayınmayıb.

Dostları Kira Naytlinin və həyat yoldaşı Ceyms Raytonun çox xoşbəxt olduqlarını bildirirlər.

Xatırladaq ki, bir neçə həftə əvvəl britaniyalı aktrisa fotoşopa etiraz əlaməti olaraq soyunaraq fotokameralar qarşısına keçmişdi.