Dayədən uşağa qarşı amansız rəftar - video
Uqandada gizli kamera ilə çəkilən bir videoda dayənin balaca qıza qarşı kobud rəftarı aşkarlanıb.
Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, videodakı təsvirlərdə baxıcı ona əmanət edilən uşağı vurur, təpikləyir və yerə çırpır.
Çəkilişin sosial mediada yayılmasından sonra Uqandada izləyicilər dayənin layiqli cəza almasını tələb ediblər.