“İlhamə Quliyeva mənə rəqib deyil” – Flora Kərimova

“İlhamə Quliyeva mənə rəqib deyil” – Flora Kərimova
3415 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Flora Kərimova həmkarı İlhamə Quliyevanı özünə rəqib görmür.

Axşam.az-ın məlumatına görə, “Gündəlik” verilişinə qonaq olan müğənni aparıcının “Niyə heç vaxt qızıl taxmırsınız? İlhamə Quliyeva indi sizə brilyantlarından hədiyyə göndərsə, taxmazsınız” sualına belə cavab verib:

“Bir dəfə İlhamə Quliyeva dedi ki, Florada olan qızıllar heç kimdə yoxdur. Sonra da fikrini dəyişdi ki, taxsa da, ona yaraşmaz. O, mənə nə göndərsə, həyatımda qəbul etmərəm. Mənim səsimə rəqib yoxdur. İndi İlhaməlik edəcəm ey... İlhamə Quliyeva heç mənə rəqib deyil”.

Qeyd edək ki, F.Kərimova və İ.Quliyeva uzun illərdir küsülüdür.