Dünya ulduzu türkiyəli dizaynerin libasını geyindi - foto

Dünya ulduzu türkiyəli dizaynerin libasını geyindi - foto
2275 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikalı popçu Eşli Simpson “Aclıq oyunları” filminin Los-Ancelesdəki qala gecəsinə türkiyəli modelyer-dizayner Cengiz Abazoğlunun hazırladığı libasla qatılıb.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, E.Simpson İnstaqram səhifəsində İstanbula böyük maraq göstərdiyini və yayda həyat yoldaşı Evan Rossla birlikdə Türkiyəyə ziyarətə gedəcəyini bildirib.

C.Abazoğlu isə cavabında ziyarət əsnasında müğənniyə bələdçilik etməkdən məmnun olacağını yazıb.