Oksanaya söz atdı: “Mən Şahruk Xanın fanatı deyiləm ki...”

Oksanaya söz atdı: “Mən Şahruk Xanın fanatı deyiləm ki...”
2969 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqasə Fatimə Fətəliyeva həmkarı Oksana Rəsulovadan danışıb.

Axşam.az-ın məlumatına görə, “5/5” verilişinin qonağı olan sənətçi Oksananın “Ola bilməz ki, Fatimə hind rəqsinə görə birinci olsun. Onun Hindistanda qatıldığı kiçik bir tədbir idi” sözlərinə belə cavab verib:

“O xanıma demək istəyirəm ki, mən Hindistanda toya, şou-proqrama getməmişdim. 28 ölkənin qatıldığı bir festival idi. Hindistan ikinci, Azərbaycan birinci oldu. Fəxr edirəm ki, ölkəmi öz milli rəqsimlə tanıtdım. 16-17 ildir sənətdəyəm. Mən Şahruk Xanın fanatı deyiləm ki, onun həsrətiylə Hindistana gedim. Öz ölkəmi təmsil etdim, tanıtdım. Mən Hindistana gedəndə Oksana heç orada olmamışdı. Repertuarımda ümumdünya xalq rəqsləri var. Eləcə də, hind rəqsi”.