Qədir İnanır Ərdoğandan inciyib

Qədir İnanır Ərdoğandan inciyib
1541 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış türkiyəli aktyor Qədir İnanır prezident Rəcəb Tayyib Ərdoğandan incidiyini açıqlayıb.

Axşam.az-ın “Haberturk”ə istinadən məlumatına görə, aktyor televiziya verilişlərinin birində bunları deyib:

“Mənə “qardaş” deyən insandır, amma toplantıların birində Əhməd Qaya (kürdəsilli türk müğənnisi –red.) haqqında nitqinə görə ondan incidim. Çünki bu ölkədə Ə.Qayanı mənim qədər sevən, onun hüquqlarını müdafiə edən yoxdur. O, yazdığı hər mahnını əvvəlcə gəlib mənə oxuyardı. Çox sevdiyim insan idi. Həmin hadisə baş verərkən (Əhməd Qaya vaxtilə kürd dilində mahnı səsləndirdiyinə görə məşhurların da daxil olduğu bir qrup insan tərəfindən masalardan ona çəngəl, bıçaq atılmışdı – red.) “Mən orada yox idim, görmədim” söyləmişəm. R.T.Ərdoğan “Oradaydınız” deyə kobud bir ifadə səsləndirdi. Əlbəttə, buna eyni şəkildə cavab vermək mənə yaraşmazdı. Bu səbəbdən incimişəm”.