Aktyorun adı daha bir təcavüzdə hallandı

Aktyorun adı daha bir təcavüzdə hallandı
1093 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Luiza Morits də amerikalı yumorist-aktyor Bill Kosbi tərəfindən zorlandığını iddia edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa bu iddianı televiziyada yayımlanan “Tonight Show” (“Gecə şousu”) verilişində səsləndirib. Onun dediyinə görə, hadisə 1971-ci ildə rol aldığı filmlərdən birinin qrim otağında baş verib. B.Kosbi onun otağına girərək gələcəkdə məşhurlaşmaq qarşılığında münasibətdə olmağı təklif edib.

Xatırladaq ki, bir neçə gün öncə aktrisa Cenis Dikinson da illər öncə B.Kosbi tərəfindən dərman içirdilərək təcavüzə uğradığını ictimaiyyətə açıqlamışdı.