Azərbaycan “Türkvizion”da səkkizinci oldu – fotolar

Azərbaycan “Türkvizion”da səkkizinci oldu – fotolar
1877 dəfə oxunub
  • A-
  • A
  • A+

Tatarıstanın Kazan şəhərində keçirilən “Türkvizion” mahnı yarışmasının ötən gün finalı baş tutub.
Axşam.az-ın məlumatına görə, müsabiqədə “Devlərin yalnızlığı” mahnısını oxuyan təmsilçimiz Elvin Ordubadlı səkkizinci yeri tutub. Müsabiqənin qalibi isə Qazaxıstan təmsilçisi Janar Duqalova olub. Bu haqda əməkdaşımızla söhbətində əməkdar artist Elza Seyidcahan deyib:

“Bizi dəstəkləməyə gələnlər arasında Valeri İlişayev, millət vəkili Sabir Rüstəmxanlı, Kazanda olan bütün azərbaycanlılar var idi. Çox maraqlı və uğurlu keçdi. Bu gün Bakıya qayıdırıq”.

Qeyd edək ki, “Devlərin yalnızlığı” mahnısının musiqisi Elza Seyidcahana, sözləri isə Ayşə Birgül Yılmaza aiddir.