Tuba Büyüküstün “Emmy” üçün yola düşdü – fotolar

Tuba Büyüküstün “Emmy” üçün yola düşdü – fotolar
2389 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Tuba Büyüküstün “Emmy” mükafatının təqdimetmə mərasimi üçün Amerikaya yola düşüb.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, “20 dəqiqə” teleserialındakı aktyorluq qabiliyyətinə görə finala qalan aktrisa tədbirə həyat yoldaşı Onur Saylak, əməkdaşı Kərəm Çatay və meneceri Yasəmən Özbudunla gedib. O, noyabrın 24-ü təşkil olunacaq gecədən öncə mətbuat nümayəndələri ilə görüşəcək.

Bu il 42-ci dəfə baş tutacaq “Emmy” mükafatına “Ən yaxşı aktrisa” kateqoriyasında namizədliyi irəli sürülən T.Büyüküstünün rəqibləri ingiltərəli Olivia Kolman, argentinalı Romina Qaetani və hollandiyalı Bianka Kriyqsmandır.

Xatırladaq ki, sözügedən mükafat ABŞ xaricində yayımlanan televiziya proqramlarının ən yaxşılarına təqdim olunur.