İvana Sərt sevgilisi ilə Şəhidlər Xiyabanında - fotolar

İvana Sərt sevgilisi ilə Şəhidlər Xiyabanında - fotolar
4615 dəfə oxunub
  • A-
  • A
  • A+

Modelyer İvana Sərt bir neçə gündür Bakıdadır.

Axşam.az-ın məlumatına görə, “Bu tarz benim” verilişinin münsifi paytaxtımıza sevgilisi Sinan Akımanı da gətirib. Mağazalardan birinin yeni kolleksiyasının təqdimat mərasiminə qatılan İvana şəhər gəzintisinə də çıxıb. Belə ki, modelyer Şəhidlər Xiyabanında, Dağüstü parkda olub.

Fotolarını İnstaqram səhifəsində yerləşdirən İvana “Azərbaycan uğrunda şəhid olan türk əsgərlərinin ruhları şad olsun” sözlərini yazıb.

Modelyer bir müddət əvvəl Sinan Akımla ayrıldığını bəyan etsə də yenidən barışdıqları bəlli olub.

Qeyd edək ki, bu, İ.Sərtin paytaxtımıza ilk səfəri deyil. O, bundan əvvəl “Özünə bax” verilişinin müəllifi Ruhi Əliyevanın dəvətiylə Bakıya gəlmişdi.