Putinə karate üzrə 8-ci dan verildi

Putinə karate üzrə 8-ci dan verildi
792 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiya prezidenti Vladimir Putinə Kekusin-kan karate növü üzrə 8-ci dan verilməsi barədə məlumat yayılıb.  

APA-nın Gazeta.ru-ya istinadən xəbərinə görə, Rusiya Kekusin-kan Karate-do Federasiyası məlumatı nə təsdiq, nə də təkzib edib.

Qeyd edək ki, Kekusin-kan karate növü üzrə usta olan Xatsuo Royama 2001-ci ildə Vladimir Putinə Kekusin-kan karate növü üzrə 5-ci dan verib. 2009-cu ildə onu 7-ci danla əvəzləyiblər. Cüdo və sambo üzrə idman ustası olan Rusiya prezidenti 2006-cı ildən Avropa Cüdo Federasiyasının fəxri prezidentidir.