Bakıda moda həftəsi başlayır

Bakıda moda həftəsi başlayır
1374 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah Bakıda ilk dəfə “Baku Fashion week” moda həftəsi başlayacaq.

 

Axşam.az "Lent.az"a istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında çıxış edən layihənin prodüseri Hafiz Ağayev deyib. O bildirib ki, sabah 2015-ci ilin geyim kolleksiyası nümayiş olunacaq:

 

“Təqdimatımıza moda sahəsinin tanınmış simaları gələcək. Düşünürəm ki, yeni kolleksiyalardan kimlərsə bəhrələnə biləcək”.

 

Tədbirdə iştirak edən tanınmış modelyer Avtandil layihə ilə bağlı öz təəssüratlarını bölüşüb: “Bakıya 12 il öncə gəlmişdim. Bu dəfə paytaxtınıza gələndə hər şeyin yaxşılığa doğru dəyişdiyini gördüm. Azərbaycanda bir sıra tanınmış simalarla işləmişəm. Çox müraciət edirlər. Lakin daimi işləmək imkanım olmur”.

 

 

Qeyd edək ki, mətbuat konfransına MDB ölkələrində layihənin əsas direktoru Nina Draco, azərbaycanlı modelyer Günel Behbudova və başqaları qatılmışdı.