"Çılpaq gəlib, çılpaq gedəcəyik" - müsahibə

"Çılpaq gəlib, çılpaq gedəcəyik" - müsahibə
1782 dəfə oxunub
  • A-
  • A
  • A+
Ailem.az saytı müğənni Miri Yusifdən müsahibə alıb.
 
Axşam.az həmin müsahibəni təqdim edir: 

- Ailə, yoxsa karyera?
- Ailəyə görə karyera.
 
- Qız, yoxsa oğlan uşağı?
- Hər ikisi.
 
- Sizcə, uşaqların ən maraqlı dövrü hansıdır?
- Doğum günündən nəvə verəcək dövrə qədər hər biri maraqlıdır.
 
- Həyat yoldaşınız fanatlarınızı qısqanmır?
- Həyat yoldaşım hərdən özü-özünə də qısqana bilər.
 
- Dostlarınızda nəyə önəm verirsiniz?
- Etibarlılığa.
 
- Xaos, yoxsa nizam?
- Səhnədə xaos, səhnə arxasında isə nizam.
 
- Məşhur olmaq, yoxsa olmamaq?
- Sənət məşhur olsa, yetər.
 
- Miri Yusif introvertdir, yoxsa ekstravert?
- Introvert.
 
- Kabab, yoxsa steyk?
- Steyk.
 
- Azərbaycan, yoxsa başqa bir ölkə?
- Los-Ancelesdə yaşayarkən sübut olundu ki, Azərbaycan.
 
- Şərq, yoxsa Qərb?
- Miks (qarışıq - red.)
 
- Hansılarla daha yaxşı dost olursunuz: qadın, yoxsa kişi?
- Gərək o şəxs insan olsun.
 
- Qadında sevmədiyiniz 3 xüsusiyyət hansılardır?
- Kobudluq, arsızlıq, ədəbsizlik.
 
- Kişi üçün ən çox hansı önəmlidir? Yaraşıq, xarizma,  intellekt?
- Yaraşıqsız və xarizmasız biri olan Sokrat çox intellektual insan olub.
 
- Xəyanətlə üzləşsəniz reaksiyanız necə olar?
- “Salam” deyib vidalaşaram.
 
- Heç olubmu haqsızlıq önündə sadəcə susmusunuz?
- Mən susmuş olsam da haqsızlıq susmayıb.
 
- Xoşbəxt olmaq üçün nə lazımdır?
- Özünü xoşbəxt hiss etmək.
 
- Qəhrəmanınız kimdir?
- Atam.
 
- Don Karleone, yoxsa Maykl?
- Vito Karleone.
 
- Kimin yerində olmaq istərdiniz?
- Bir qartalın yerində.
 
- Nirvanaya çata bildiniz?
- "Nirvana" albomu bitəndən sonra çatdım, daha sonra "Ağ Qarğa"ya döndüm.
 
- Nəyi etmədiyinizə görə peşmançılıq çəkirsiniz?
- Etdiklərimə və etmədiklərimə görə peşman deyiləm.
 
- “Dəyirman” olmasaydı, nə dəyişərdi?
- "Ya Qarabağ, ya ölüm" mahnısı tarixə möhür vurmazdı.
 
- Reinkarnasiyaya inansaq, dünyaya nə cür qayıtmaq istərdiniz?
- "Məktub" mahnısının ruhu kimi qayıtmaq istərdim.
 
- İndiyə kimi yazdıqlarınız arasında sizi tam olaraq ifadə edən bir cümlə…
- “Özümü tərk edincə özümü dərk edirəm”.
 
- Bizim axırımız nə olacaq?
- Əvvəlimizi öyrəndikdən sonra axırımızı da bilərik.
 
- Həyat fəlsəfənizi hansı şüar ifadə edir?
- Çılpaq gəlib, çılpaq gedəcəyik.
 
- “İndiki ağlım olsaydı...” cümlənin davamını necə bitirərdiniz?
- İndiki ağlım olsaydı, indiki ağlıma çatmazdım.