“32 ildir mənimlədir”

“32 ildir mənimlədir”
2016 dəfə oxunub
  • A-
  • A
  • A+

Maestro Ceyhun 32 ildir saxladığı əşyalarından danışıb.

Axşam.az-ın məlumatına görə, skripkaçı hobbisindən danışıb:

“Hobbilərim çoxdur. İdmanla məşğul olmağı sevirəm. Gözəl üzgüçüyəm. Ova çıxmağı xoşlayıram. Bir də uşaqlıq əşyalarımı saxlayıram. Bir darağım var ki, 32 ildir mənimlədir. Hətta sınan yerlərini yapışqanla birləşdirmişəm. Skripka kolleksiyası da yığıram. Burada büllurdan tutmuş, qaraçı skripkasına qədər var. Əvvəl futbolu sevirdim. Qapıçı olmuşam. Sonra əllərimə görə oynamadım. Skripka ifa edirəm, əllərim zədələnsə, işim qalar”.