Mayk Taysondan sensasiyalı açıqlama

Mayk Taysondan sensasiyalı açıqlama
1351 dəfə oxunub
  • A-
  • A
  • A+

Əfsanəvi boksçu Mayk Tayson uşaq vaxtı başına gələn xoşagəlməz hadisə ilə bağlı sensasiyalı açıqlama verib.

Axşam.az-ın Qol.Az-a istinadən məlumatına görə, o, ABŞ mediasına açıqlamasında 7 yaşında olarkən cinsi təcavüzə məruz qaldığını bildirib:

"Yeddi yaşım olanda təcavüzə uğramışam. Məni zorlayan şəxs qoca kişi idi. Məni küçədə tutdu, təhqir etdi, sonra təzavüz etdi. Həmin vaxt azyaşlı idim. Bu hadisədən sonra onu bir daha görmədim".

48 yaşlı sabiq boksçu hadisə ilə bağlı polisə şikayət etmədiyini deyib:
 
"Həmin zorakılığın mənə psixoloji təsir edib-etmədiyini bilmirəm. Polisə də şikayət etmədim. Sadəcə, öz həyatımı yaşadım".

Qeyd edək ki, 1992-1995-ci illərdə Taysonun özü zorlama ittihamı ilə həbsdə olub. O, 2005-ci ildə peşəkar karyerasını başa vurub.