“Polad Bülbüloğlu ilə qohum deyilik” - əməkdar artist

“Polad Bülbüloğlu ilə qohum deyilik” - əməkdar artist
2565 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Manana Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu ilə qohum olmaları haqda yayılan söhbətlərə son qoyub.

Axşam.az-ın məlumatına görə, “Hər şeyə stop” verilişinin qonağı olan müğənni bununla bağlı suallara belə cavab verib:

“Polad Bülbüloğlu ilə qohum deyilik. Polad müəllim burada olanda deyirdi: “Manana, insanlara necə başa salaq ki, biz qohum deyilik”. İkimizin də gürcü köklərimiz var. Ola bilsin ki, bu söz-söhbətlər oradan irəli gəlir”.

Qeyd edək ki, “Lider” telekanalının “Bu saat” verilişinin nəzdində yayımlanan “Hər şeyə stop” layihəsinin müəllifi rejissor Nail Naiboğludur.