“Məni kimləsə əvəzləyən insanı necə bağışlayım?”

“Məni kimləsə əvəzləyən insanı necə bağışlayım?”
3590 dəfə oxunub
  • A-
  • A
  • A+

Aşıq Samirə şəxsi həyatı ilə bağlı etiraflar edib.

Axşam.az-ın məlumatına görə, “Solo” verilişinin qonağı olan sənətçi həmkarlarından, xəyanətdən danışıb:

“Heç kimlə söz-söhbətim olmayıb. Hər sözə, atmacalara reaksiya vermirəm. O qədər olur ki, deyirlər sənin nömrəni istəyirlər vermirəm. O insanlar mənim siyahımdadır, nəzarətdədir. Sabah daş gələndə bilirəm ki, kim tərəfdəndir. Çox təhlükəliyəm. Olduqca əzazil adamam, amma elə o qədər də yumşağam. Çox asan bağışlayıram, amma heç vaxt unutmuram. Sadəcə, o, insana güvənmirəm. Paxıllıqla çox rastlaşıram. Müğənni kimi efirə çıxanda məni daşlayıb, gözdən salmaq istəyənlər oldu. Bu sənətdə olanlar dedi ki, sazı bəyənmir, oxumağa başladı. Önəm vermədim. Gördüyüm işlə kütləni özümə inandırmağa çalışdım. Xəyanət mənim üçün bağışlanmaz bir şeydir. Yalanı keçərsən, xəyanəti yox. Məni kimləsə əvəzləyən insanı necə bağışlayım? Başıma gəlib, bağışlamışam, amma unutmamışam”.

Daha sonra “Darıxıram” adlı mahnı səsləndirən Samirə göz yaşlarını saxlaya bilməyib.