İlhamə Quliyeva Rövşən Əkbərovla bir arada - fotolar

İlhamə Quliyeva Rövşən Əkbərovla bir arada - fotolar
5384 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti İlhamə Quliyeva Şəmkirə yollanıb.

Axşam.az-ın məlumatına görə, müğənni orada konsert proqramı ilə çıxış edib.

İfaçı səfər zamanı Şəmkir ordu birləşməsinin komandanı, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərovla da görüşüb.

Qeyd edək ki, İ.Quliyeva açıqlamasında “Əsgərlər qarşısında çıxış etdim. Orkestrimlə birlikdə mahnılarımı canlı oxudum. Murova gedib, şəhid oğulların məzarına baş çəkəcəm. Daha sonra Bakıda hesabat konsertim olacaq", - deyə bildirib.