Əməkdar artisti bu günə qoydular – fotolar+video

Əməkdar artisti bu günə qoydular – fotolar+video
4291 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Almaz Ələsgərli ATV-də yayımlanan “Səs verməyin” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, əməkdar artist Dilarə Əliyevanın aparıcılıq etdiyi proqramda tamaşaçılardan ifaçıya səs göndərməmələri istənilib. Verilişin qaydasına uyğun olaraq, əgər müğənniyə mindən çox səs göndərilərsə, başına rəngli su və un töküləcəkdi. 1009 səs toplayan A.Ələsgərli uduzmuş hesab edilib.

D.Əliyevanın “Keçən proqramımızın qonağı olan Nadir Qafarzadə üçün bu qədər həyəcan keçirmirdim. Almaz üçün çox həyəcanlandım. Əllərim buz kimi oldu” sözlərinə müğənni belə cavab verib:

“Nadirə nə var ki, bir şalvar, bir də köynək geyinir. Məndə isə libas, ayaqqabı, qolbaq, saç problemi var”.

Sonda uduzan əməkdar artistin başına su və un tökülüb.