Flora Kərimovanı özündən çıxardılar - video

Flora Kərimovanı özündən çıxardılar -  video
2027 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Flora Kərimovanın səhhəti pisləşib. Müğənni bir neçə gündür qripə yoluxub.

Axşam.az xəbər verir ki, bu barədə ANS-də yayımlanan “Adam içində” verilişində məlumat verilib. 

F.Kərimova həmçinin qonşusu ilə problem yaşadığını deyib:

“Bu qədər dərəbəylik olmaz. Onsuz da binanın altında çox dərin zirzəmi var. İndi isə sütunları daha da dərinləşdirirlər. Bu, binanın çökməyi, dağılmağı deməkdir. Hər gün böyük maşınlarla torpaqları daşıyırlar. Zirzəminin altını qazanıb yeni zirzəmi düzəldirlər. Fövqəladə Hallar Nazirliyi (FHN) və polis əməkdaşları gələn kimi qapılarını bağlayıb qaçdılar. Sözlə deyiləsi deyil. İnsan nə qədər acgöz olmalıdır ki, zirzəmini elə qazsın".