Nadir ilandan qorxub qışqırdığı videodan danışdı - video

Nadir ilandan qorxub qışqırdığı videodan danışdı - video
2758 dəfə oxunub
  • A-
  • A
  • A+
Erməni mətbuatında müğənni Nadir Qafarzadənin “Fort Boyard” yarışmasındakı ilandan qorxması səhnəsi ilə bağlı yazılar dərc olunub.

Axşam.az-ın məlumatına görə, sənətçi həmin kadrlarda yarışmanın qaydalarına əsasən, akvarium yavaş-yavaş aşağı endikcə üzə çıxan ilanlardan qorxduğundan qışqırır. N.Qafarzadə düşmən ölkənin mediasında haqqında yayılan xəbərlərə münasibət bildirib:

“Ermənilərin haqqımda yazı yazması məni maraqlandırmır. Demək, biz onlara maraqlıyıq ki, nəsə yazırlar. Bizi müzakirə edirlər. Bu gün bununla bağlı mənə çoxlu zəng gəlib. Hər kəs bu barədə soruşur. Mən - Nadir Qafarzadə ermənilərin haqqımda pis və yaxşı müzakirələrinə önəm vermirəm. Mənim "Fort Boyard" yarışmasında yaşadığım hadisəni onlar xəbərə çeviriblər. İlandan qorxub qışqırmışam. İlan qorxulu heyvan deyil ki? Çox az adam tapılar ilandan qorxmasın”.