“Xanım ifaçılarımızdan baş açmaq olmur” – Cavanşir Məmmədov

“Xanım ifaçılarımızdan baş açmaq olmur” – Cavanşir Məmmədov
1184 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Cavanşir Məmmədov gənc xanım ifaçılara əsəbləşib.

Axşam.az-ın məlumatına görə, “Bizim gün” verilişində qonaq olan müğənni gənclər arasındakı qalmaqalı qınayıb:

“Sənətdə vəziyyət bir az xoşagəlməzdir. Efirlərə baxırıq, hər kəsi izləyirik. Yaşımız nisbətən başqalarından çoxdur. Gənc xanım ifaçılarımız bir-biri ilə yola getmir. Onlardan baş açmaq olmur. Camaat sizə baxır. Hər bir veriliş maarifləndirici xarakter daşıyır. Biz mədəniyyətimizə xidmət etməliyik. Ötən gün efirdə Sevda Ələkbərzadəni gördüm. Çox sevindim ki, qulaq asım, ürəyim açılsın. Efirlərə Tünzalə Ağayeva, Sevda, Samirə kimi ifaçıları çıxarmaq lazımdır. Üç-beş nəfərin gedib xaricdə konsert verməsi ilə hər şey bitmir”.