Aktyor Elməddin Cəfərov qonaq olduğu “Gün üzü” verilişində valideynlərindən bəhs edib.
Axşam.az-ın məlumatına görə, o, heç vaxt onları incitmədiyini deyib:
“Bir dəfə kitabda oxudum ki, valideynə cavab qaytarmaq, “of” belə söyləmək günahdır. Bu sözü dərk edəndən sonra on ildir mən ata-anama “of” da demirəm. Quranda valideynə o qədər dəyər verilir ki... Ata-anaya cavab qaytarmaq günahdır. Ataya qışqırmaq nə deməkdir?.. Bunları etməmək lazımdır”.