“Tamaşaçı məni ciddi obrazda qəbul etmədi” – “Şirin”

“Tamaşaçı məni ciddi obrazda qəbul etmədi” – “Şirin”
3163 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-də yayımlanan “Şirin çay” verilişinin aparıcısı Nicat Rəhimov tamaşaçılarından danışıb.

Axşam.az-ın məlumatına görə, “Bozbash pictures”in “Şirin”i izləyicilərinin onu ciddi obrazda qəbul etmədiklərini deyib:

“Verilişin ilk bölümlərində çalışdım ciddi obraz yaradım. Gördüm ki, tamaşaçı məni bu cür ciddi obrazda qəbul etmədi. İnsanlar məni şirin oğlan kimi, zarafatlarımla görmək istəyir. Aləmi qatmışam bir-birinə, reper, müğənni hamını proqramıma dəvət edirəm. Mən aparıcı deyiləm, aktyoram. Canlı veriliş idarə etmək çox çətindir. İnsanın qulağında qulaqcıq, hərə bir söz deyir. Burada aktyorluğumu nümayiş etdirməyə çalışıram. Maraqlı qonaqlarım olacaq. Bir sürpriz qonağım var ki, “bomba kimi” partlayacaq. “Şirin çay”a heç vaxt rəqib gəlməyəcək”.

Qeyd edək ki, “Şirin çay” hər həftənin şənbə və bazar günü saat 10:00-dan 12:00-a kimi ATV kanalında yayımlanır.