Bayram Kürdəxanılı məhkəməsində jurnalistlərin iştirakına etiraz etdi

Bayram Kürdəxanılı məhkəməsində jurnalistlərin iştirakına etiraz etdi
1065 dəfə oxunub
  • A-
  • A
  • A+

Meyxanaçı Bayramqulu Quliyevin (Bayram Kürdəxanılı) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Axşam.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Sabunçu Rayon Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında Bayram Kürdəxanılı prosesdə jurnalistlərin iştirakına etiraz edib.
 
Hakim etirazı qəbul edib və jurnalistlər zaldan çıxarılıb.
 
Qeyd edək ki, 1962-ci il təvəllüdlü Bayram Kürdəxanılı iyulun 12-də Bakıxanov qəsəbəsində, “Nilufər” şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb.
 
Onun üzərinə baxış keçirilərkən ondan 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib.