Leyla Əliyeva kimsəsiz uşaqlara baş çəkib - fotolar

Leyla Əliyeva kimsəsiz uşaqlara baş çəkib - fotolar
3207 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın Sankt-Peterburq şəhərinə səfəri çərçivəsində bir neçə uşaq evində və internat məktəbində olub.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, səhərdəki kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlar üçün 13 saylı uşaq evinin baş həkimi Natalya Nikiforova Leyla Əliyevaya məlumat verib ki, ixtisaslaşdırılmış psixonevroloji uşaq müəssisəsində 60-dan çox uşaq tərbiyə alır. Onların arasında uşaq serebral iflici, fiziki və zehni inkişafdan geri qalan körpələr, eləcə də müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olan sağlam uşaqlar var.

Leyla Əliyeva uşaq evində yaradılan şəraitlə tanış olub, buradakı masaj və infraqırmızı sauna, duz mağarası, hovuz və oyun otaqlarına baxıb. Heydər Əliyev Fondu adından uşaq evinə oyuncaqlar hədiyyə olunub.

Leyla Əliyeva həmçinin Sankt-Peterburqdakı kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 31 saylı mərkəzdə, görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan uşaqlar üçün K.Qrot adına 1 saylı internat məktəbində və uşaq evində də olub. Daha sonra Leyla Əliyeva internat məktəbinin nəzdində fəaliyyət göstərən uşaq evində olub. Burada Diana Qurtskayanın “Ürəyin səsi ilə” xeyriyyə fondunun görmə qabiliyyətini itirmiş uşaqlar üçün keçirdiyi musiqi festivalının iştirakçıları və qalibləri məxsusi olaraq Leyla Əliyeva üçün hazırladıqları konsert proqramı ilə çıxış ediblər. İnternat məktəbinə Heydər Əliyev Fondu adından hədiyyələr təqdim edilib.