Sevda həyat yoldaşı ilə - foto

Sevda həyat yoldaşı ilə - foto
2900 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Sevda Ələkbərzadə “Gündəlik” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni yerli ifaçıların xaricdə tanınmamasından bəhs edib:

“Xarici müğənni bütün dünyada tanınır. Azərbaycanlı ifaçı isə yalnız öz vətənində məşhurdur. Türkiyədə və başqa ölkələrdə bizimkilərdən caz ifaçısı Əzizə Mustafazadəni tanıyırlar. Hətta Almaniyada olanda bir ailənin qızına onun adını qoyduğunu gördüm. Sırf alman ailəsi idi. Türkiyədə isə bizimkiləri qəbul etmirlər. Bütün yeri, imkanı öz ifaçıları üçün yaradırlar”.

S.Ələkbərzadə həyat yoldaşı ilə bağlı “Səninlə qürur duyur. Sən onun sözünə, yoxsa o səninkinə qulaq asır” sözlərinə belə cavab verib:

“İkimiz də bir-birimizin sözünə qulaq asırıq. Hörmət edirik”.

İfaçı toylara getməməyindən də danışıb:

“Mən bütün ritmlərdə oxumağı bilirəm. Bu sahədə təhsil almışam. Sadəcə, toya getmirəm, sənətlə məşğul oluram. Toya gedənləri isə qınamıram”.