Məşhur serial yayımını dayandırır

Məşhur serial yayımını dayandırır
3522 dəfə oxunub
  • A-
  • A
  • A+
“Star”da efirə gedən məşhur “Kurt Seyit ve Şura” serialı üç həftə sonra yayımını dayandıracaq.
 
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, ekran işinin ssenarisində və aktyor heyətində hər nə qədər dəyişiklik edilsə də, gözlənilən reytinqi yığa bilməməsi onun yarımçıq dayandırılması qərarına səbəb olub. Serial indiyədək xarici ölkələrə satışı sayəsində efirdə qalmağı bacarırdı. Kanalın rəhbərliyi istənilən nəticə əldə olunmadığına görə, serialın yayımının yarımçıq saxlanmasına qərar verib.

Qeyd edək ki, serialın ssenarisi Ece Yörençə, rejissorluğu isə Hilal Sarala məxsusdur. Baş rollarda Kıvanç Tatlıtuğ, Fərəh Zeynəb Abdullah (Şura), Fəxriyyə Evcən (Murka) və başqaları çəkiliblər.