Nadir Zaurun verilişinə min manat bağışladı

Nadir Zaurun verilişinə min manat bağışladı
1917 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nadir Qafarzadə “Öz aramızda” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi verilişin aparıcısı Zaur Baxşəliyevə min manat gətirdiyini bildirib:

“Evdən çıxanda üstümdə min manat götürdüm ki, verilişə bağışlayım. Bunu Zaura verirəm. Ən çox köməyə ehtiyacı olan birinə versin. Kiməsə özüm verib, ayrıseçkilik salmaq istəmirəm”.

Z.Baxşəliyev N.Qafarzadənin verdiyi min manatı üzü yanmış, əməliyyat üçün verilişə müraciət edib, kömək istəyən Abbas adlı gəncə verib:

“Əslində burada ehtiyacı olan çox insan var. Abbasın əməliyyatı üçün pul yığırıq. Bu məbləği də həmin pulun üstünə əlavə etdik”.