Məşhur model İrina Şeyk İspaniya çempionatında "Real Madrid”lə “Barselona" arasındakı matçı stadiondan izləyib.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, model sevgilisi Kriştiano Ronaldonu onun oğlu ilə birlikdə seyr edib.
İrina balacanın söhbətlərinə diqqətlə qulaq asıb və onu tez-tez qucaqlayaraq öpüb.
Qeyd edək ki, matç 3:1 hesabı ilə "Real Madrid"in xeyrinə başa çatıb.