"Evimin sökülməsini normal qarşıladım, çünki..."

"Evimin sökülməsini normal qarşıladım, çünki..."
3255 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəstəkar Nailə Mirməmmədli evinin sökülməsi ilə əlaqədar olaraq yaradıcılığına qısa müddətlik fasilə verib.

Axşam.az-ın məlumatına görə, bəstəkar bu haqda Milli.Az-a danışıb:

“Mən bu dəqiqə heç mahnını, musiqini fikirləşmirəm. "Sovetski"dəki evim söküldüyünə görə yeni mənzilə köçmək ərəfəsindəyəm. Evimin sökülməsini normal qarşıladım, çünki bütün bu islahatlar şəhərimizin gözəlləşməsi naminə edilir. 1-2 həftə yaradıcılığıma fasilə vermişəm. İnanmıram ki, tələbələrim və müğənnilər məni rahat buraxacaqlar (gülür). Artıq yeni mahnılarımız hazırdır. Röya üçün “Yenə sevəcəyəm”, “Sevgi himni” adlı mahnılar yazmışam. Bundan başqa, Faiq Ağayev, Nazpəri Dostəliyevaya da mahnılar bəstələyirəm”.