Əbülfəs Qarayevdən yüksək qiymət

Əbülfəs Qarayevdən yüksək qiymət
1254 dəfə oxunub
  • A-
  • A
  • A+
Yuğ Dövlət Teatrında M.F.Axundzadənin komediyaları və “Kəmalüddövlə məktubları” traktatı əsasında hazırlanmış “Naməlum Axundzadə” tamaşası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, tamaşaya baxan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sonra teatrın kollektivi ilə söhbət edib.

Nazir teatrın Azərbaycan teatr məkanında yerini, yaradıcılıq axtarışlarını yüksək qiymətləndirib. O, həmçinin Yuğ Teatrını qoruyub-saxlamağın, buradakı yaradıcılıq prosesinin stimullaşdırılmasının vacibliyini vurğulayıb və teatrın daha geniş arealda tanınması, beynəlxalq festivallarda və qastrollarda ölkəmizi təmsil etməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin həmişə köməyə hazır olduğunu bildirib. Nazir, həmçinin teatrın maddi-texniki bazasının, işıq və səs avadanlığının təkmilləşdirilməsinin mühüm bir məsələ kimi gündəmdə olduğunu qeyd edib.

Teatrın rejissoru Gümrah Ömərin quruluşunda hazırlanmış “Naməlum Axundzadə” tamaşasını klassik irsə müasir yanaşma baxımından yüksək qiymətləndirən nazir teatrın repertuar siyasəti, tamaşaların nümayişi, reklam-təbliğat işləri və digər məsələlərlə bağlı öz dəyərli məsləhətlərini verib və kollektivə yaradıcılıq uğurları arzulayıb.