“Bu görünüşünə 2 verirəm” – video

“Bu görünüşünə 2 verirəm” – video
3064 dəfə oxunub
  • A-
  • A
  • A+

“Şarm” verilişinin “Qiymətli stil” rubrikasının budəfəki bələdçisi stilist Elnur Həsənov olub.

Axşam.az-ın məlumatına görə, rubrikanın iştirakçıları əməkdar artist Manana, muğam ifaçısı Elnarə Abdullayeva və rəqqasə Fatimə Fətəliyeva olub.

Manana - Rəng palitraları düzgün seçilib. Burada bej və qəhvəyi rənglərdən istifadə edilib. Amma o geyimin üstündə kürkün yeri yoxdur. Geyim nazik parçadandır, kürk ona yaraşmır. Boyunbağı taxmamalıydı. Üzük və qolbağı yaraşdırıram. Başa düşürəm, yenicə ana olub, müəyyən kilo alıb, onu gizlətmək üçün enli geyinib. Manananın bu imicinə 3 verirəm.

Elnarə Abdullayeva – Gözəl səsə malikdir. Sadəcə, geyimində heç nə düzgün deyil. Kimsə məni qınaya bilər. Amma saç rəngindən tutmuş, makiyajına qədər hər şey yanlışdır. O ətək həmin köynəklə geyinilməməliydi. Onu midi ətəklə, belsiz şalvarla geyinə bilərdi. Ayaqqabılar düzgün seçilməyib. Onu tamamilə dəyişdirərdim. Gözəl aksesuar, saat taxardım. Saçlarını qısaldıb, havalı düzüm edərdim, mat makiyajı seçərdim. Xanımın bu görünüşünə 2 verirəm.

Fatimə Fətəliyeva - Geyimi, seçdiyi rəng çalarları xoşuma gəldi. Amma yaxasındakı qızılı broş yersizdir. Saç düzümü də yaxşıdır. Amma makiyajı qabardılıb. Sırğa, qolbaq istifadə etsə, yaxşı olardı. Bu imicinə 4 verirəm.



Qeyd edək ki, Axşam.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın aparıcısı Aydan Axundova, rejissoru Afət Abdullayeva, müxbirləri Əminə Kazımova, Jalə Ocaqverdiyeva, montajçısı Elvin İsmayıl, prodüseri Sərxan Qədimovdur. Veriliş hər həftənin cümə günü, saat 12:00-da efirə çıxır.