“Fəlakət”lə küsülü olan müğənni ilk dəfə ondan danışdı

“Fəlakət”lə küsülü olan müğənni ilk dəfə ondan danışdı
7561 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elçin Cəfərov ilk dəfə keçmiş prodüseri, dostu, hazırda küsülü olduğu Elşən Orucovdan (“Bozbash pictures”in Fəlakəti) danışıb.

Axşam.az-ın məlumatına görə, "Hələ bu harasıdır" verilişinə qonaq olan sənətçi əvvəllər onun prodüserliyini edən Elşənlə işbirliklərinə son qoymalarından söz açıb:

“Elşənlə 7 il birlikdə çalışmışıq. Aramızda anlaşılmazlıq, narazılıq oldu, ayrıldıq. Dostluqda madiyyat problemi yaşanmaz. Bunu deməyi özümə yaraşdırmıram. Elşənin mənə çox köməyi olub. Biz onunla sıfırdan başlamışdıq. Amma axırda alınmadı”.

“Bəs sənə hansısa kanallarda qadağalar qoydurdu” sualına isə Elçin belə cavab verib:

“Özəl bir telekanalda çalışır. Əlbəttə, baryerlər oldu. Amma insanın yolunu Allah açır. Allah özü adama kömək olsun. Allah insanın yolunu bağlamasın, bəndə kimdir ki”.