Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalovanın atası, musiqiçi Rəhman Zeynalovun əməliyyat olunması ilə bağlı xəbər vermişdik.
Axşam.az-ın məlumatına görə, ürəyindən əməliyyat olunan R.Zeynalov hazırda özünü yaxşı hiss edir. Bu haqda G. Zeynalova İnstaqram səhifəsində yazıb.
O, atasının fotosunu paylaşaraq "Çox şükür... Allah atamızı, anamızı başımızdan əskik etməsin" sözlərini yazıb.
Qeyd edək ki, G.Zeynalovanın qardaşı Tunar Rəhmanoğlu atasının gecəyarısı qəfildən pisləşdiyini, xəstəxanaya apardıqlarını bildirmişdi.