Müasir bəstələr müzakirə olundu - fotolar

Müasir bəstələr müzakirə olundu - fotolar
1849 dəfə oxunub
  • A-
  • A
  • A+

“Space” telekanalında yayımlanan “Hələ bu harasıdır” verilişində bu gün bəstələr müzakirə edilib.

Axşam.az-ın məlumatına görə, aparıcılığını Təranə Səmədovanın etdiyi proqramın qonaqları arasında müğənni Murad Arif, Ceyhun Əliyev yer alıb. Onlar müasir musiqidən, bəstələrdən söz açıblar.

M.Arif  “1950-60-cı illərdə ritmlər başqa idi. 2000-ci illərdən bəri isə hər şey fərqlidir. Musiqidə dəyişiklik olub. Bu təkcə Azərbaycanda yox, dünya musiqisində də öz əksini tapıb”, - deyə bildirib.

Qeyd edək ki, “Baku art lab”ın təşkilatçılığı ilə yayımlanan “Hələ bu harasıdır” verilişinə həftənin beş günü saat 10:45-dən 12:00-a kimi baxa bilərsiniz. Layihənin rəhbəri Vüqar Təhməzov, art direktoru Vüsal Qarayev, redaktoru İlhamə Novruzova, müxbiri Azad Mirzə, diceyi Nari, prodüseri Elvin Aydın, operatorları Şahin Ağayev, Famil Haqverdiyev, interaktiv proyeksiya rəhbəri Surxay Xətaidir.