Samir: “Bu həm sevindirici, həm də qürurverici hadisə idi” - fotosessiya

Samir: “Bu həm sevindirici, həm də qürurverici hadisə idi” -  fotosessiya
2268 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Samir Piriyev prodüseri Anar Mədətovla fotosessiya etdirib.

Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin” dərgisi üçün şəkillər çəkdirməklə yanaşı, müsahibə də verib.
 
O, A.Mədətovla işbirliklərindən, toy bazarından söz açıb:

“Anarla çalışmağa başladıqdan sonra əsl işin necə təşkil edilməli olduğunu anladım. Əməkdaşlığımızın elə ilk günlərindən başlayaraq böyük uğurlara imza atdıq. Öz işini mükəmməl bilməsi ilə yanaşı, sözü dürüstcəsinə üzə deməsi Anarın ən böyük müsbət keyfiyyətidir. Səhnə geyimlərimdən tutmuş, saç düzümümə qədər hər bir şeyi Anara etibar etmişəm. Mən hər zaman böyük heyətlə çalışmışam. Anarla əməkdaşlıqdan sonra isə komandamız bir az da böyüdü. Biz çalışırıq ki, apardığımız məclislər konsert xarakterli olsun. Toylarda xarici mahnıları canlı ifa etdiyimizə görə dəvət olunduğumuz məclislərdə bizimlə birgə daim diceylər də iştirak edir. Bu yaxınlarda biz sırf türk toyuna dəvət olunmuşduq. Məclisin qonaqları Türkiyənin sayılıb-seçilən simaları idi. Bir azərbaycanlının yüksək səviyyədə türk toyu aparması toyda iştirak edən hər kəsi heyrətə salmışdı. Bu, mənim üçün həm sevindirici, həm də qürurverici bir hadisə idi”.

S.Piriyev yeni albom üzərində çalışdığını bildirib:

“Sözləri Cavid Əhmədov, musiqisi Tural Vəlizadəyə aid “Bən bilirim” adlı mahnım çıxıb. Daha bir yeni ifa etdiyim bəstə “Mələyim” adlanır. Bunlar yeni albomda yer alacaq”.