Kamranın yazarlarla söz davasına İradə Tuncaydan münasibət - video

Kamranın yazarlarla söz davasına İradə Tuncaydan münasibət -  video
2655 dəfə oxunub
  • A-
  • A
  • A+

Yazıçı-publisist İradə Tuncay ANS telekanalında yayımlanan “Xəbərsizsinizmi?” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, publisist bir neçə gün əvvəl “Günəbaxan” verilişində baş verən hadisəyə münasibət bildirib. O, aparıcı Kamran Həsənlinin yazarların əlindən mikrofonu alıb, müğənni Vasif Məhərrəmliyə təqdim etməsini qınayıb:

“Yazıçıları verilişə dəvət edib, onların əlindən mikrofon almaq hansı etikaya sığışırdı, anlaya bilmədim. Bu, böyük ajiotaj yaratdı. Heç vaxt əyləndirən adamla, düşündürən insanı eyni çəkiyə qoymaq olmaz. Yazıçı ilə müğənni eyni götürülə bilməz. Müğənninin, şou adamının işi əyləndirməkdir. Yazıçının işi isə düşündürmək. Heç bir müğənniyə Nobel mükafatı vermirlər, amma yazıçıya verirlər. Toy, tamada estetikasını efirə gətirmək və bunu aparıcı adı ilə sırımaq düzgün deyil. Bu, sizin kanal olaraq öz işinizdir”.

Qeyd edək ki, K.Həsənli verilişinə yazıçı Şərif Ağayarı, Mirmehdi Ağaoğlunu dəvət edərək, “Toylara yox deyək” mövzusunu müzakirə etmişdi. Verilişdə qalmaqallı anlar yaşanmışdı.